30 yanvar 2016 11:40

Zets: Daha yaxşı formada olacağıq

“Mövsümün ikinci yarısına çox yaxşı hazırlaşmışıq. Antalyadakı təlim-məşq toplanışından səmərəli yararlandıq. İnanıram ki, bunun bəhrəsini çempionatda görəcəyik”. Azerisport.az xəbər verir ki, bu fikirləri “Qəbələ İK”ya açıqlamasında klubun bosniyalı hücumçusu Ermin Zets deyib.

Cari mövsümdən “qırmızı-qara” formanı geyinən 28 yaşlı legioner təlim-məşq toplanışında fərqlənməyi də bacarıb. O, Almaniyanın “Osnabryuk” klubu ilə görüşdə (1:1) hesabı açıb: “Hesab edirəm ki, hər 3 yoxlama matçında çox yaxşı oynadıq. Sınaq matçları önəmlidir. Bu zaman nəticədən çox komandanın necə oyun göstərməsi vacibdir. Matçlarda yaxşı təsir bağışlamağımız gələcəyə nikbin baxmağa əsas verir”.

Zets mövsümün həlledici mərhələsində onları çətin sınaq gözlədiyini bildirib: “Hər bir matç bizim üçün ağır keçəcək. İnanıram ki, mövsümün ikinci yarısında daha yaxşı formada olacağıq. Buna görə də, çempionatın sonunda xal ehtiyatımızın indikindən xeyli çox olacağını gözləyirəm”.

Ermin üçüncü dövrəyə məhz Gəncədəki oyunla uğurlu start verəcəklərinə inanır. O, “Kəpəz”ə ilk dövrədə ev oyununda olduğu kimi, səfər matçında da qol vurmağa çalışacaq: “Kəpəz”lə səfər matçı heç də asan olmayacaq. Ancaq məqsəd qələbə qazanmaqdır və bunun üçün bütün gücümüzü səfərbər edəcəyik. Azarkeşlərimizə demək istəyirəm ki, bütün oyunlarda qələbə qazanmaq üçün meydanda var qüvvəmizi qoyacağıq. Onlardan əvvəlkitək dəstək gözləyirik”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.