30 yanvar 2016 11:00

Gəncədə ilk qələbə üçün

Topaz Premyer Liqasında qıs fasiləsi - 42 günlük pauza bu gün basa çatır. Azerisport.az xəbər verir ki, qarşısına böyük hədəflər qoyan “Qəbələ” də “Kəpəz”lə qüvvəsini sınayacaq. Bu, “qırmızı-qaralar”ın 3 il 2 aydan sonra Gəncəyə ilk səfəri kimi yadda qalacaq.

İkigünlük oyun

Əslində, "Qəbələ" Gəncə şəhər stadionunda oyuna hələ 3 ay öncə çıxmalı idi. Ötən il oktyabrın 31-də çempionatın 11-ci turu çərçivəsində “Kəpəz” – “Qəbələ” matçının məhz bu arenada keçirilməsi nəzərdə tutulurdu. Lakin Gəncə stadionunun ot örtüyü bərbad vəziyyətdə olduğundan oyunun Qəbələdə təşkilinə qərar verildi. Ancaq bu zaman futbolda nadir hallarda rast gəlinən hadisə baş verdi. Belə ki, görüşün 29-cu dəqiqəsində, hesab 0:1 “Kəpəz”in xeyrinə olarkən, qatı duman ucbatından matç dayandırıldı. Yalnız ertəsi gün davam etdirilən qarşılaşmada Gəncə klubu 2:1 hesablı qələbə qazandı. Başqa sözlə, oktyabrda başlanan və noyabrda sona çatan oyun “Qəbələ” üçün uğursuz alındı. Bu, komandanın həm cari mövsümdə, həm də gəncəlilərlə indiyədək keçirdiyi görüşlərdə ilk ev məğlubiyyəti oldu.

Qonşuların dueli

Sözsüz ki, “Qəbələ” və “Kəpəz”i tərəzinin eyni gözünə qoymaq olmaz. Doğrudur, Gəncə təmsilçisi zəngin tarixə malikdir, ölkəmizin ən titullu klublarından biridir. Amma hazırda “Qəbələ”nin hədəfləri, məqsədləri daha ciddi, daha peşəkardır. Nə olsun ki, rəqiblər turnir cədvəlində bir-birinə qonşudur və onları cəmi 2 xal ayırır (“Qəbələ” 28 xalla 4-cü, “Kəpəz” 26 xalla 5-cidir). Bir məqamı unutmaq olmaz ki, “Qəbələ”nin hazırkı mövqeyi onun əsl gücünü əks etdirmir. Sadəcə, “qırmızı-qaralar” çempionatın əvvəlki 2 dövrəsində Avropa Liqasının qrup mərhələsində mübarizəyə görə potensiallarını tam göstərə bilməyiblər. Qış fasiləsindən sonra Roman Qriqorçukun başçılıq etdiyi komanda bütün diqqətini daxili yarışa cəmləyəcək ki, bu da nəticələrdə öz əksini tapacaq. “Qəbələ” ilə “Kəpəz”in dövrələrarası fasilədə hazırlıq proseslərini də müqayisə etməyə dəyməz. Qriqorçukun komandası çempionatın qalan hissəsinə Türkiyənin Antalya bölgəsində hazırlaşdığı və qitənin güclü klubları ilə yoxlama görüşləri keçirdiyi halda, gəncəlilər yalnız Yevlax və Bakıdakı təlim-məşq toplanışları ilə kifayətlənməli olublar. Özü də “Kəpəz”, əsasən, I divizion təmsilçiləri ilə yoxlama matçlarında üz-üzə gəlib. İstər-istəməz bu amil komandaların çempionatındakı çıxışına təsir göstərəcək. Bundan əlavə, “Qəbələ” qışda heyətini 2 futbolçu ilə gücləndirməyə də macal tapıb.

"Qəbələ" hələ Gəncədə qələbə qazanmayıb

Əlahəzrət statistikaya diqqət yetirməyin vaxtıdır. Rəqəmlər çox maraqlı tarixçədən xəbər verir. Demə, “Qəbələ” və “Kəpəz” arasında bu vaxta qədər gerçəkləşən 10 oyunda komandalar eyni sayda qələbə qazanıblar. Hərəyə 3 zəfər. 2005-ci ildən etibarən çempionat və kubok yarışlarında mübarizə aparan "Qəbələ"nin gəncəlilərlə yolu ilk dəfə 2010-cu ildə kəsişib. Maraqlıdır ki, 6 il öncə “Gəncə” adı altında çıxış edən rəqiblə ardıcıl 4 oyun heç-heçə nəticələnib. O vaxtdan bəri tərəfl ər “sülh”ə razılıq vermirlər. “Qırmızı-qaralar” təkcə topların nisbətində “Kəpəz”i üstələyir - 9:7. Statistikadan məlum olur ki, bu komanda indiyədək Gəncədə qalib gələ bilməyib.

("Qəbələ" İK)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.