30 yanvar 2016 00:30
Ansi Aqolli: Mövsümün qalan hissəsinə tam hazırıq
"Qarabağ"ın müdafiəçisi Ansi Aqolli Topaz Premyer Liqasının 19-cu turu çərçivəsində AZAL-a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mövsümün qalan hissəsinə tam hazırıq. AZAL-a qarşı keçirəcəyimiz ilk oyunumuz çətin olacaq. Onlara qarşı əvvəlki oyunlarımızın da necə gərgin keçdiyini yaxşı xatırlayıram. Ümid edirəm ki, yeni futbolçularımız Rahid Əmirquliyev, Muarem Muarem və Şahruddin Məhəmmədəliyevin bizə çox köməyi dəyəcək. Elvin Məmmədovun gedişinə gəlincə, ona yeni komandasında uğurlar arzulayıram".
