30 yanvar 2016 00:15
Laşa Salukvadze: Zirədən xal almaq şansımız var, bunun üçün sonadək vuruşmalıyıq
"İnter"in müdafiəçisi Laşa Salukvadze Topaz Premyer Liqasının 19-cu turu çərçivəsində "Zirə"yə qarşı keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Zirə" bizim əsas rəqiblərimizdən biridir. Onların yaxşı komandası var. Heyətində güclü futbolçular yer alır. Bu matçda sonadək mübarizə aparmaq lazımdır. Çox çətin görüş olacaq. Xal qazanmaq şansımız var. Komandamız qış fasiləsi zamanı Vüqar Nadirov, Kamran Ağayev, Qara Qarayevlə güclənib. Sezar Meza Kolli də komandaya qayıdıb. Hər biri yaxşı futbolçudur. Onlar "İnter"i gücləndirəcəklər".
