30 yanvar 2016 00:10
Dnepr Rəvanın sabiq qapıçısını bəyənmədi
Ukraynanın "Dnepr" klubu "Rəvan"ın sabiq qapıçısı Konstantin Maxnovskidən imtina edib. Azerisport.az xəbər verir ki, o, paytaxt klubundan ayrılandan sonra Dnepropetrovsk təmsilçisində baxışda idi.
Amma məşqçilər korpusu 27 yaşlı futbolçunun hazırlıq səviyyəsindən razı qalmayıb. Bu üzdən də onun göndərilməsinə qərar verilib.
Xatırladaq ki, Maxnovski mövsümün əvvəlini "Rəvan"da keçirib. Amma klubdakı maliyyə problemləri onun da ölkəmizi tərk etməsinə səbəb olmuşdu.
