29 yanvar 2016 21:00
Paşayev Qəbələdən dəvət gözləyir
"Qəbələ" Azərbaycan yığmasının və Ukraynanın "Metallurq" (Zaporojye) klubunun müdafiəçisi Pavel Paşayevlə danışıqları davam etdirir. Azerisport.az xəbər verir ki, Türkiyə toplanışı başa çatandan sonra futbolçu Ukraynaya qayıdıb.
Hazırda o, Qəbələ klubundan gələcək rəsmi dəvəti gözləyir. Baş məşqçi Roman Qriqorçuk onu bəyənsə də, klub rəhbərliyi futbolçu ilə müqavilə bağlamağa tələsmir.
Paşayevin yaxın iki gün ərzində Bakıya gəlib, klubla müqavilə imzalaması gözlənilir.
