29 yanvar 2016 20:40
Rusiya millisini Azərbaycan ilə oyuna Pisarev çıxaracaq
AÇ-2017-nin seçmə mərhələsində Azərbaycanın U-21 yığmasının rəqibi olan Rusiya seçməsinin baş məşqçisi müəyyənləşib. Azerisport.az xəbər verir ki, bundan sonra sözügedən komandanı Nikolay Pisarev çalışdıracaq.
Qeyd edək ki, Pisarev seçmə mərhələdəki ilk rəsmi oyununu martın 24-də elə Azərbaycana qarşı keçirəcək.
Xatırladaq ki, Rusiya yığmasını Pisarevdən öncə Dmitri Xomuxa çalışdırırdı. Amma o, Bakıda Azərbaycana 0:3 hesablı məğlubiyyətdən sonra istefaya göndərilib.
