29 yanvar 2016 19:20
Qarabağ yeni transferlərini sifariş etdi
"Qarabağ" bu qış transfer etdiyi futbolçuları Peşəkar Futbol Liqasında qeydiyyatdan keçirib. Azerisport.az xəbər verir ki, Ağdam klubu fasilə dövründə üç yeni futbolçu ilə gücləndi:
Rahid Əmirquliyev ("Xəzər Lənkəran"), Muarem Muarem, Şahruddin Məhəmmədəliyev ("Sumqayıt").
Əvəzində Ağdam klubunu Vladimir Dmitrovski, Raydel Pupon ("Roda", Hollandiya), Namiq Ələsgərov ("Kəpəz"ə icarəyə verilib), Vüqar Mustafayev ("Zirə"yə icarəyə verilib), Çumbinyo ("Atromitos") və Elvin Məmmədov ("Zirə") tərk etdi.
