29 yanvar 2016 16:40
Azərbaycanlı futbolçular Kocaelisporda
"Bakı" ilə yollarını ayıran Yusup Hakimov və Umar Akmurzayev karyerasını Türkiyədə davam etdirəcək. Azerisport.az xəbər verir ki, bu barədə də "Bakı"nın Facebook səhifəsi məlumat yayıb.
Məlumatda bildirilir ki, Hakimov və Akmurzayev Türkiyə aşaği liqasında çıxış edən "Kocaelispor"la 6 aylıq müqavilə imzalayıb.
Klubun mətbuat xidmətindən bu iki futbolçunun karyerasını Türkiyədə davam etdirəcəyini təsdiqləyiblər. Amma onların hansı kluba keçdiyindən xəbərsizdirlər. Klubdan sadəcə, o bildirilir ki, bu futbolçuların "Bakı" ilə müqaviləsində onların istədiyi xaricə kluba sərbəst şəkildə keçməsinə icazə verən bənd olduğu bildirilib.
