29 yanvar 2016 16:20
Milinko Pantiç yenidən Bakıya qayıdır?
Serbiyalı mütəxəssis Milinko Pantiç yenidən "Bakı"nın baş məşqçi postuna qayıdır. Azerisport.az xəbər verir ki, bu barədə klubun rəsmi Facebook səhifəsi məlumat yayıb:
"Serbiyalı mütəxəssis ən qısa müddətdə "Baki"nin sükanı arxasına dönəcək. Pantiç "Atletiko" rəhbərliyi ilə Hafiz Məmmədov arasında əldə olunan anlaşmaya əsasən, bu görəvi təhvil alacaq".
Lakin klubun mətbuat xidmətindən aldığımız məlumata görə, hələ bu barədə heç bir rəsmi məlumat yoxdur.
