29 yanvar 2016 15:20
Əsgər Abdullayev: Sumqayıt Neftçi üçün həmişə çətin rəqib olub
"Neftçi"nin baş məşqçisi Əsgər Abdullayev Topaz Premyer Liqasının 19-cu turu çərçivəsində "Sumqayıt"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mövsümün qalan hissəsinə pis hazırlaşmamışıq. Hazırlığımızı qənaətbəxş saymaq olar. "Sumqayıt"a gəlincə, bu klub bizim üçün həmişə çətin rəqib olub. Bu komanda yaxşı transferlər edib, güclənib. Bizi çətin oyun gözləyir. Düzdür, bu mövsüm onlara iki dəfə qalib gəlmişik. Amma bu, heç nəyin göstəricisi sayılmamalıdır. Bizi nə dərəcədə ağır oyun gözlədiyini başa düşürük".
