29 yanvar 2016 15:00
Asif Məmmədov: Gəncədə qələbə qazanmaq istəyirik
"Qəbələ"nin yarımmüdafiəçisi Asif Məmmədov Topaz Premyer Liqasının 19-cu turu çərçivəsində "Kəpəz"ə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Biz Türkiyədə çox yaxşı toplanış keçmişik. Üç yoxlama oyununda qüvvəmizi sınadıq. Fasilədən sonra ilk matçımızı "Kəpəz"ə qarşı keçirəcəyik. Çətin oyun olacaq. Amma buna baxmayaraq, Gəncədə qələbə qazanmaq istəyirik. "Qəbələ" çempionatın qalan hissəsinə hazırdır".
