29 yanvar 2016 14:20
Kəpəz Şahin Diniyevsiz qaldı
"Kəpəz"in baş məşqçisi Şahin Diniyev xəstəxanaya yerləşdirilib. Azerisport.az xəbər verir ki, o, komandasının son məşqlərinin birində özünü pis hiss etməyə başlayıb.
Böyrəyindəki ağrılar səbəbindən onu təcili xəstəxanaya aparıblar. Hazırda təcrübəli mütəxəssis müalicə alır.
"Kəpəz" isə bu gün Gəncəyə yollanıb. Çünki komanda sabah Premyer Liqanın 19-cu turu çərçivəsində "Qəbələ"ni qonaq edəcək. Amma böyük ehtimalla həkimlər Diniyevin bu oyunda komandasının sükanı arxasında yer almasına icazə verməyəcəklər.
