29 yanvar 2016 14:00
Roman Qriqorçuk: Qəbələ hər oyunda qələbə qazanmağa borcludur
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqasının 19-cu turu çərçivəsində "Kəpəz"ə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Nə dərəcədə hazırıq? Yaxşı hazırlaşdığımıza ümid edirik (gülür). "Kəpəz"lə görüşə gəlincə, bizi çox ağır oyun gözləyir. "Kəpəz" yaxşı komandadır. Onlar doğma meydanda çox yaxşı oynayırlar. Bizdən də az xal almayıblar. Ona görə də bu oyuna prinsipial yanaşırıq. Məsələ xalda da deyil. Sadəcə, biz elə vəziyyətdəyik ki, hər oyunda qələbə qazanmağa borcluyuq".
