29 yanvar 2016 13:40

Robert Prosineçki: AFFA mənimlə müqavilənin müddətini artırmaq istəyir

Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki millimizdəki işindən, komandada yer alan futbolçuların potensialından, öz gələcəyindən danışıb. Azerisport.az sizi xorvatiyalı mütəxəssisin diqqət çəkən açıqlamaları ilə tanış edir.

"Bir il əvvəl Azərbaycan yığmasına baş məşqçi təyin olundum. Həmin vaxt komanda seçmə mərhələdə bir xal da qazana bilməmişdi. Amma geridə qalan bir il ərzində biz Malta üzərində qələbə ilə irəliyə doğru addımlar atmağa başladıq. Məşqçilər korpusu olaraq, hesab edirik ki, artıq futbolçular əvvəlkindən fərqli indi necə futbol göstərmək lazım olduğunu daha yaxşı başa düşürlər. Halbuki, ondan öncə komanda hər oyunda uduzurdu, bir neçə qol buraxırdı. Bunun da nəticəsi kimi, komandada özünə inam yox idi. Futbolçular öz güclərinə əmin deyildilər. Mənim ilk hədəfim də onları məhz daha artığını edə biləcək gücdə olduqlarına inandırmaq idi".

Prosineçkinin sözlərinə görə, azərbaycanlı futbolçularda potensial var: "Çünki bu ölkənin döyüş idman növləri üzrə yaxşı ənənələri var. Aqressivdirlər, döyüşməyə, mübarizə aparmağa hazırdırlar. Deməli, futbolçularda da bu keyfiyyətlərdən yararlanmaq olar. Meydanda bu və digər keyfiyyətlərdən faydalanmaq lazımdır. Çünki bu, bir üstünlükdür. İstedadlı gənclər var. Onlar əsas yığmada çıxış etməyə can atırlar. Azərbaycanın gənclərdən ibarət yığmasının Antalya Kubokundakı qələbəsidə mənim bu sözlərimi təsdiq edir. Bu ölkənin futbolunun gələcəyi var".

Millimizin çalışdırıcısı onu da bəyan edib ki, AFFA ilə yeni müqavilə imzalamağa hazırlaşır: "Azərbaycan yığmasında çalışmaqla bağlı müqaviləmin müddəti 2017-ci ildə başa çatacaq. Amma AFFA-nın bu müqavilənin müddətini AÇ-2020-nin seçmə mərhələsinin sonunadək artırmaq istəməsinə dair etirafı var. İşimdən razıyam. Həqiqətən də əla şəraitimiz, yaxşı infrastrukturumuz, sabit maliyyəmiz var".

Prosineçki AFFA ilə işbirliyinə başladığı günləri də yada salıb: "Mənimlə əlaqə saxladılar. öz istəklərini bildirdilər, təklifi nəzərdən keçirdim və qəbul etdim. Hesab edirəm ki, düzgün addım atmışam". (Dnevnik)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.