29 yanvar 2016 13:00
Svanadze: Hücumda rəqabəti artırmaq üçün Fomenkonu qaytarmağa qərar verdik
"İnter"in baş məşqçisi Zaur Svanadze Topaz Premyer Liqasının 19-cu turu çərçivəsində "Zirə"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Zirə" ilə oyunumuz çox çətin olacaq. Prinsipcə, mövsümün qalan hissəsinə normal hazırlaşmışıq. Amma nə qədər yaxşı hazırlaşdığımızı ilk oyun göstərəcək. Komandada yeni futbolçular var. Yuri Fomenkonu da heyətə qaytarmağa qərar verdik. Bildiyiniz kimi, təlim-məşq toplanışı zamanı keçirdiyimiz oyunlarda bir dənə də qol vura bilmədik. Buna görə də hücumda rəqabəti artırmaq lazım idi".
