29 yanvar 2016 12:40
Sumqayıt altı yeni futbolçu sifariş etdi
"Sumqayıt" bu qış fasiləsi zamanı transfer etdiyi yeni futbolçularını Peşəkar Futbol Liqasında qeydiyyatdan keçirib. Azerisport.az PFL-in mətbuat xidmətinə istinadla xəbər verir ki, sumqayıtlılar altı yeni futbolçu sifariş ediblər:
Həmin oyunçular və geyəcəkləri forma nömrələri bunlardır:
Səlahət Ağayev - 1
Kənan Manafov - 16
Vaqif Cavadov - 70
Nicat Muxtarov - 8
Rasim Ramaldanov - 99
İlqar Hüseynov - 23
Klub rəsmi məktubda əsas heyətin 5 oyunçusu ilə vidalaşdığını bildirib. Əvəzedici heyətdə də bəzi dəyişikliklər reallaşdıran "Sumqayıt" bəzi futbolçulara yenidən nömrə seçmək imkanı da yaradıb.
