29 yanvar 2016 12:00

Robert Prosineçki: Titul qazanmaq əhəmiyyətli hadisədir

Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki AFFA-nın saytına müsahibə verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.

- 21 yaşadək futbolçulardan ibarət yığmamızın qalibi olduğu “Antalya Cup” turniri ilə bağlı təəssüratlarınız necədir?
- Son oyunda rəqib 0:4 hesabı ilə məğlub olubsa və komandamız turnir çərçivəsində keçirdiyi 4 oyunun hamısında qələbə qazanıbsa, deməli, yaxşı nəticə əldə etmişik. Turnirlə bağlı təəssüratlarım müsbətdir. Komanda üzvləri özlərini yaxşı tərəfdən göstərməyi bacardılar. Üstəlik, müsbət nəticələr sayəsində onlar özünəinam qazanıblar. Bu, çox vacibdir. U-21-in məşqçilər korpusunun məqsədi əsas milliyə yeni futbolçular qazandırmaqdır. AFFA-nın texniki direktoru Bernhard Lippertlə mənim işim isə bu cür turnirləri daim diqqətdə saxlamaq, gənc futbolçuları izləməkdir.
 
- Oyunları ayrı-ayrılıqda necə xarakterizə edərdiniz?
- Dörd oyunun hamısı maraqlı keçdi. Amma Ukrayna yığması ilə qarşılaşmanı qabartmaq istərdim. Ən çətin oyunumuz onlara qarşı oldu. Qarşılaşma turnirdəki ilk oyunumuz olduğu üçün, həm də rəqibin gücünə görə ağır keçdi. Rəqib güclü olsa da, qələbə qazanmağı bacardıq. Oyunların hamısında futbolçularımız topla yaxşı davrandı, baxımlı qollar vurdu. Mən və məşqçi həmkarlarım turnir ərzində maraqlı məqamlar gördük. Faydalı bir turnir oldu.
 
- Sizin U-21-in oyunlarını izləməyiniz gənc futbolçular üçün əlavə stimul idi. Millinin martda keçiriləcək təlim-məşq toplanışına dəvət etməyi düşündüyünüz futbolçular varmı?
- Namik Ələskərov və Elnur Cəfərovu artıq tanıyıram. Namiki zədəli olduğuna görə milliyə dəvət etmirdim. Çünki o, 8-9 ay futbol oynamadı. Elnur isə əsas millinin bir neçə toplanışında iştirak edib və oyun da keçirib. Hər ikisi millinin üzvüdür. Ola bilsin, əlavə bir futbolçunu da hazırlıq prosesinə cəlb etdim.
 
- U-21-in “Antalya Cup”ın qalibi olmasını necə dəyərləndirirsiz?
- Komanda üçün titul qazanmaq əhəmiyyətli hadisədir. Sonda mükafatlandırma zamanı kuboku alanda əziyyətinin bəhrəsiz qalmadığını hiss edirsən. Komandanın potensialı var. Heyətdə yaxşı futbolçular cəmləşib. Bizim üçün bu turnirin vacib tərəfi futbolçuları meydanda izləmək idi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.