29 yanvar 2016 11:20
Ceyhun Sultanov: İnterin iki futbolçusunu almaq istəyirdik
"Sumqayıt"ın meneceri Ceyhun Sultanov klubun bu qış fasiləsi dönəmindəki transfer siyasətindən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bizim yeni transferlərin özlərini yaxşı tərəfdən göstərəcəyinə inanıram. Komandaya cəlb etmək daha bir neçə oyunçu var idi. Məsələn, "İnter"dən Abbas Hüseynovla Mirsahib Abbasovu almaq istəyirdik. Onlara dəvət göndərmək fikrindəydik. Amma hər ikisinin "İnter"lə müqaviləsi vardı. Ona görə də bu keçidlər alınmadı".
