28 yanvar 2016 18:00

AFFA - elektron idman KİV-i: dəyirmi masa adlı tədbir keçirilib

Bu gün “Boulevard Hotel Baku” otelində “AFFA – elektron idman KİV-i: dəyirmi masa” adlı tədbir keçirilib. Azerisport.az xəbər verir ki, ölkəmizdə fəaliyyət göstərən idman təmayüllü saytların nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə ilk olaraq AFFA-nın baş katibi Elxan Məmmədov çıxış edib.

Baş katib beynəlxalq aləmdə Azərbaycanın mötəbər idman tədbirlərinin təşkil olunduğu ölkə kimi tanındığını qeyd edib və bu sahədə görülən işlərin təbliğində mətbuatın, xüsusilə elektron Kütləvi İnformasiya Vasitələrinin böyük əhəmiyyət kəsb etdiyini deyib. Məmmədov tədbirin gündəliyində nəzərdə tutulan məsələlər barədə danışıb və AFFA-nın prezidenti Rövnəq Abdullayevin göstərişinə əsasən, elektron idman mətbuatında mövcud problemlərin müzakirəsi, onların həlli ilə bağlı təkliflərin səsləndirilməsi üçün bu tədbirin təşkil olunduğunu qeyd edib. Sonra mətbuat nümayəndələri ətrafında əyləşdikləri masalar üzrə şərti olaraq qruplar yaratmaqla gündəlikdəki məsələləri müzakirə edib və hər masadan bir nümayəndə çıxış edərək təklifləri səsləndirib.
AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Mikayıl Nərimanoğlu tədbirlə bağlı fikirlərini və təkliflərini bildirib. Sonda Elxan Məmmədov mətbuat nümayəndələrinə təşəkkürünü bildirib və analoji tədbirin gələcəkdə də keçirilməsinin zəruriliyini qeyd edib. (AFFA)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.