28 yanvar 2016 17:30
İnter yeni transferlərini PFL-də qeydiyyatdan keçirdi
"İnter" qış fasiləsi zamanı transfer etdiyi yeni futbolçularını Peşəkar Futbol Liqasında qeydiyyatdan keçirib. Azerisport.az xəbər verir ki, bu barədə PFL-in mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, paytaxt klubu 4 yeni futbolçu sifariş edib. Onlar aşağıdakılardır:
Vuqar Nadirov - 17
Sezar Meza Kolli - 23
Qara Qarayev - 9
Kamran Ağayev - 1
Bundan əlavə, "İnter"də bundan sonra Mirsahib Abbasov 17 yox, 77, Denis Silva Kruz isə 5 əvəzində 3 nömrəli futbolkada çıxış edəcək.
Sonda onu da qeyd edək ki, "İnter" bu qış fasiləsi zamanı 9 futbolçusu ilə yollarını ayırıb.
