28 yanvar 2016 17:15
Elvin Məmmədov rəsmən Zirədə
“Zirə” qış transfer pəncərəsinin son günlərində heyətini daha bir futbolçu ilə gücləndirib. Azerisport.az xəbər verir ki, “Qarabağ”dan ayrılan Elvin Məmmədov karyerasını bu komandada davam etdircək.
Yığma komandamızın da formasını geyən yarımmüdafiəçi ilə 6 aylıq müqavilə imzalanıb.
Elvin Məmmədov “Qarabağ”dan başqa Tovuzun “Turan” klubu ilə yanaşı, paytaxt təmsilçiləri “İnter” və “Bakı”da da çıxış edib. (klub saytı)
