28 yanvar 2016 16:45
Robert Prosineçki milliyə U-21-in üç üzvünü dəvət edəcək
Azərbaycanın əsas yığma komandasının baş məşqçisi Robert Prosineçki bəyan edib ki, mart toplanışı zamanı U-21-in üç futbolçusuna dəvət göndərəcək. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Namiq Ələsgərovla Elnur Cəfərovu tanıyıram. Onlar yığma komandanın oyunçularıdır. Mart toplanışı zamanı əsas milliyə gənclərdən daha bir futbolçu dəvət edəcəyəm. Amma onun adını sonra açıqlayacağam. Bütövlükdə, gənclərdən ibarət komandanın Antalya toplanışından razı qaldım. Komanda çox yaxşı toplanış keçdi".
