28 yanvar 2016 16:00

Kərim Diniyev: İnanıram ki, üç xal bizim olacaq

Həftəsonu Topaz Premyer Liqasında mövsümün ikinci hissəsinə start veriləcək. Azerisport.az xəbər verir ki, tur çərçivəsində “Kəpəz” Gəncədə “Qəbələ”ni qəbul edəcək.

“Sarı-göylər” qarşıdakı ev oyununda uğurlu nəticəyə köklənib. Kərim Diniyev klub saytına açıqlamasında bunu bir daha təsdiqləyib: “Bütün fikrimiz üç xala yönəlib. Bunun üçün meydanda gücümüzü qoyacağıq. Yaxşı toplanış keçmişik, çempionatla əziyyət çəkib hazırlaşmışıq. İlk oyunda əməyimizin bəhrəsini görmək istəyirik. Nə bacarırıqsa, meydanda göstərməliyik”.

Adətən çempionatın start və qış fasiləsindən sonrakı ilk görüşləri ağır keçir. Komandalar istənilən oyunu göstərməkdə, uğur qazanmaqda çətinlik çəkirlər. Amma Diniyev fərqli düşünür: “Psixoloji cəhətdən heç bir problem olmamalıdı. Çünki baş məşqçimiz biz futbolçuları oyuna yaxşı kökləyib. Qalan amillər özünü oyunda göstərəcək. Düşünmürəm ki, bizim üçün çətin olsun. Həqiqətən də motivasiyamız yüksəkdir”.

“Kəpəz”in cari çempionatda “Qəbələ” ilə ilk iki dövrədəki oyunları səfərdə keçirilib. Birinci görüşdə meydan sahiblərinə uduzan (0:1) Gəncə klubu ikinci dövrədə qələbə (2:1) qazanıb: “Biz uğurlu nəticə qazanmalıyıq, başqa şey haqda düşünmürük. Gəncədə evdə oynayırıq. Üç xalı heç kimə hədiyyə etmək fikrimiz yoxdur. Başa düşürük ki, rəqib Azərbaycanın ən güclü komandalarından biridir. Onlara qarşı layiqli mübarizə aparacağıq. İnanıram ki, üç xal bizim olacaq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.