28 yanvar 2016 15:30
Samir Ələkbərov: Millimiz çoxdan idi belə turnir qazanmırdı
Azərbaycanın U-21 yığmasının məşqçisi Samir Ələkbərov Antalya Kubokunun qalibi olmalarına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Kuboku qazanmağımız sevindirir. Belə turnirlərdə qələbə qazanmaq həmişə xoşdur. Bu, komandada özünəinamı artırır. Azərbaycan çoxdan idi belə turnirlərin qalibi olmurdu. Millimizin sərgilədiyi oyuna gəlincə, çatışmazlıqlar var. Çalışmalıyıq. Həm yaxşı, həm də pis keçirdiyimiz hissələr oldu".
