28 yanvar 2016 15:15
Bernard Lippert: Millimiz üçün belə turnirdə qalib gəlmək vacib və xoşdur
AFFA-nın texniki direktoru Bernard Lippert Azərbaycanın U-21 yığmasının Antalya Kubokunun qalibi olmasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bütövlükdə, yaxşı təşkilatlanmış turnir idi. İştirakçılar, şərait də yüksək səviyyədə idi. Komandamız keçirdiyi dörd oyunun hamısında öz futbolunu oynamağa, topa nəzarət etməyə çalışdı. Ardıcıl dörd qələbə komandada özünəinamı da artıracaq. Əsas millinin baş məşqçisi Robert Prosineçkinin oyunlara gəlməsi futbolçuları ruhlandırırdı. Bu, xorvat mütəxəssis üçün də oyunçuları iş başında görmək baxımından yaxşı şans idi. Bu komandada əsas milliyə dəvət ala biləcək futbolçular var. Futbolçular üçün də belə bir turnirdə qələbə qazanmaq vacib və xoşdur".
