28 yanvar 2016 14:20
Ələsgərovla Nəsirov milli komandanın düşərgəsini erkən tərk etdi
Azərbaycanın U-21 yığmasının yarımmüdafiəçiləri - Namiq Ələsgərovla Budaq Nəsirov düşərgəni tərk ediblər. Azerisport.az xəbər verir ki, millimiz hazırda Türkiyədə Antalya Kubokunda çıxış edir.
Amma adıçəkilən futbolçular Topaz Premyer Liqasının 19-cu turu çərçivəsində "Qəbələ" ilə qarşılaşacaq "Kəpəz"in hazırlıq prosesinə qoşulmaq üçün Gəncə klubunun düşərgəsinə qayıdıblar. Bu üzdən də Ələsgərovla Nəsirov bu gün baş tutan Azərbaycan - Bəhreyn matçında iştirak etmir.
