28 yanvar 2016 13:40
Neftçi - Sumqayıt matçının biletləri satışda
Topaz Premyer Liqasının 19-cu turu çərçivəsində keçiriləcək “Neftçi” – “Sumqayıt” oyununun biletləri bu gün satışa çıxarılıb. Azerisport.az xəbər verir ki, qiyməti 1 AZN, VİP yerlər üçün 10 AZN olan biletləri “Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür.
Qeyd edək ki, oyun yanvarın 30-da “Bakcell Arena”da keçiriləcək və saat 16:30-da başlanacaq. (klub saytı)
