28 yanvar 2016 13:20
Şakir Qəribov üçün xüsusi gün
“Neftçi”nin veteran futbolçusu, AFFA-nın Məşqçilər Komitəsinin üzvü Şakir Qəribovun 60 yaşı tamam olub. Azerisport.az xəbər verir ki, veteran futbolçunun yubiley mərasimində “Neftçi”nin rəhbərliyi, klubun digər rəsmiləri və futbol ictimaiyyətinin tanınmış simaları iştirak ediblər. Yubilyarı “Neftçi” adından Müşahidə Şurasının sədri Çingiz Abdullayev təbrik edib.
Qeyd edək ki, Şakir Qəribov 1978-1984 və 1987-1988-ci illərdə "Neftçi"nin heyətində çıxış edib. Ümumilikdə 219 oyunda meydana çıxmış müdafiəçi 8 qolun müəllifidir.
