Elnur Abdullayev: Klub prezidenti bizə hər şeyin yaxşı olacağını dedi
"İnter"in yarımmüdafiəçisi Elnur Abdullayev komandasının Türkiyə toplanışından, kluba yeni prezident gəlməsindən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Antalyada yaxşı hazırlıq keçmişik. Bütövlükdə, çox faydalı hazırlıq oldu. Komandada əla atmosfer var. Yeni transferlərimizə də komandaya uyğunlaşmaq çətin olmadı. Vüqar Nadirov və Kamran Ağayevlə uşaqlıqdan birgə oynayırıq. Onlar "İnter"ə kömək etmək üçün əllərindən gələni edirlər. Qara Qarayevə gəlincə, o da böyük potensiala malikdir. Öz üzərində çox çalışsa, böyük futbolçu olacaq. Klubun yeni prezidenti Rəşad Qasımovla görüşümüz oldu. O dedi ki, bizə inanır. Biz də öz növbəmizdə onun etimadını doğrultmağa çalışacağıq. Həmçinin o, hər şeyin yaxşı olacağını söylədi".
