28 yanvar 2016 11:00
Qarabağ Elvin Məmmədov ilə yollarını ayırdı
Antalyada keçdiyi qış hazırlığından geri dönən "Qarabağ" hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, qış fasiləsinin başa çatmasına az qalmış komandada daha bir dəyişiklik edilib.
2015-ci ilin yayından etibarən "Qarabağ"ın uğurları üçün çalışan Elvin Məmmədovla yollar qarşılıqlı anlaşma şəklində ayrılıb.
"Qarabağ" Elvinə verdiyi əməyə görə öz təşəkkürünü bildirib və karyerasında uğurlar arzulayıb. (klub saytı)
Qeyd edək ki, Ağdam klubu daha öncə Çumbinyo, Raydell Pupon və Vladimir Dimitrovski ilə də yollarını ayırmışdı. Namiq Ələsgərov, Vüqar Mustafayev və Eltun Yaqublu isə icarəyə göndərilib.
