28 yanvar 2016 00:31
Nelson Bonilya: İnterlə görüş çox yaxşı matç olacaq
"Zirə"nin salvadorlu hücumçusu Nelson Bonilya Topaz Premyer Liqasının 19-cu turu çərçivəsində "İnter"ə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bizi ikinci pillədə gedən komanda ilə oyun gözləyir. Biz də üçüncüyük. Onlardan cəmi bir xal geri qalırıq. Yaxşı oyun olacaq".
