28 yanvar 2016 00:10

"Gəncədəki futbolçuların hamısı belə meydançalardan çıxıb"

AFFA-nın təşkilatçılığı ilə ayrı-ayrı yaş qrupları üzrə keçirilən Azərbaycan birinciliyində “Kəpəz” klubunun komandaları da iştirak edir. Azerisport.az xəbər verir ki, assosasiyanın uşaq futbolunun inkişafına hesablanan bu layihəsinin "Boulevard Hotel U-15" Liqasında məşqçi Mətləb Məmmədovun başçılıq etdiyi komanda qüvvəsini sınayır.

Vaxtilə futbolçu kimi “sarı-göylər”in şərəfini qorumuş Məmmədov hazırda yeniyetmə nəslə sevimli idman növünün sirrlərini öyrədir: “Bu yaş qrupu üzrə komandanı yeni yaratmışıq. Düzdür, əvvəllər klubda U-15 komandası olub, lakin sonradan fəaliyyətini dayandırmışdı. Ötən ilin avqustunda yığdığımız komanda ilə ilk günlərdə çətinliklə üzləşsək də,  yavaş-yavaş irəliləyişə nail olduq. Gərgin məşqlərin nəticəsində oyundan-oyuna uşaqlar artırmağa başladılar”.

Məşq meydançalarının vəziyyətinə baxmayaraq, bu, məşqçilərin işləmək, futbolçu yetişdirmək istəyinə təsir etməyib. Əksinə, “Kəpəz”in əvəzedici və əsas komandasına layiqli ehtiyat qüvvə hazırlamaq əvvəlki kimi öndə duran vəzifələrdən sayılır: “Meydança ilə bağlı problem olanda, futbolçu yetişdirmək çətinləşir. Amma həmişə deyirlər ki, Gəncədəki futbolçuların hamısı belə meydançalardan çıxıb. Bu deyim doğrudur. “Kəpəz”in bütün güclü oyunçuları burada yetişib. Ona görə də uşaqlar səylə çalışsalar, istəkli olsalar, məşqləri buraxmasalar, yaxşı futbolçu ola biləcəklər. Gəncədə istedadlı uşaqlar var, onların potensialını üzə çıxarmaq lazımdır”. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.