Brüggenin forvardı: Böyük pullar qarşılığında hətta Azərbaycanda da oynayaram
Belçikanın "Brügge" klubunun hücumçusu Felipe Gedoz bəyan edib ki, yaxşı pul qarşılığında karyerasını Azərbaycanda davam etdirməyin əleyhinə deyil. Azerisport.az xəbər verir ki, braziliyalı futbolçu bunları söyləyib:
"Sabah hansısa klub mənə fantastik məbləğdə müqavilə təklif etsə, gedərəm. Bu, hətta Azərbaycan çempionatı da ola bilər. Belə böyük pul qarşılığında orada da oynamağa hazıram".
Qeyd edək ki, 22 yaşlı forvard yarım ilə yaxın idi ki, zədədən əziyyət çəkirdi. Futbolçuun hazırda transfer qiyməti 3 milyon avro qiymətləndirilir. O, Belçika mətbuatına açıqlamasında daha sonra bunları söyləyib: "Futbolçu karyerası qısa olur. Sizin hansısa başqa planlarınız ola bilər və təklifdən imtina edərsiniz. Amma sabah yenə elə bir şans olacaqmı? Mən təkcə özümü yox, ailəmi də düşünürəm. Məsələn, on ildən sonra, karyeramı başa vuranda nə edəcəyəm? Getsəm, bundan hər kəs qazanacaq. Amma bu, o demək deyil ki, "Brügge"də qalmaq istəmirəm". (Voetbalkrant)
