27 yanvar 2016 19:00
Saşa Yunisoğlu: FİFA-nın tətbiq etdiyi cəza bütün planlarımızı korladı
"Rəvan"ın müdafiəçisi Saşa Yunisoğlu klubun FİFA tərəfindən cəzalandırılmasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu qərar bizim üçün gözlənlməz oldu. Çünki klubun keçmiş oyunçularına borcunun olmasını futboçulardan heç kim bilmirdi. Altı xal bizim üçün az deyil. Bizim cəmi 12 xalımızın olduğunu nəzərə alsaq, tam yarısı silinir. FİFA-nın bu qərarı bizim planlarımızı korladı. Biz yenicə bataqlıqdan çıxmağa başlamışdıq, amma bu qərarla yenidən geri düşdük. Komandamızın əziyyəti boşuna getdi. Amma qanun-qayda hər kəs üçün bərabərdir. Biz də bu qərarla barışmalı və irəliyə baxmalıyıq. Əminəm ki, "Rəvan" yenidən özündə güc tapacaq və turnir cədvəlində üst pillələrə çıxmağa nail olacaq".
