27 yanvar 2016 18:40
Neftçi Mixal Peskoviçin hansı səbəbdən getdiyini açıqladı
"Neftçi"nin slovakiyalı qapıçısı Mixal Peskoviçlə yollarını ayırdığını xəbər vermişdik. Lakin azerisport.az saytına klubdan verilən məlumata görə, onun "ağ-qaralar"dan ayrılması heç bir problemlə əlaqədar deyil.
Sadəcə, Peskoviçin klubla müqaviləsinin müddəti başa çatıb. Buna görə də tərəflər yeni müqavilə bağlamamağa qərar veriblər.
