27 yanvar 2016 18:20

Məqsəd İsayev: Ruslar çox istəkli ola bilər, amma biz də qələbəyə acıq

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığma komandasının və "Neftçi"nin müdafiəçisi Məqsəd İsayevin azerisport.az saytına müsahibəsi

- U-21 millimizin Antalya Kubokundakı 100 faizlik nəticəsi barədə nə deyərdiniz?
- Qısa desəm, hər şey yaxşıdır (gülür). Bu, komandamızın gücündən xəbər verir. Kifayət qədər keyfiyyətli turnirdir. Sabit çıxış edirik. Bütün bunların mart ayında baş tutacaq Rusiya ilə seçmə mərhələ oyunu öncəsi baş verməsi də çox yaxşıdır.

- Bakıdakı 0:3 hesablı məğlubiyyətdən sonra ruslar çox hirslidirlər və revanş hissi ilə alışıb-yanırlar. Millimiz bu rəqibin qabağında duruş gətirə biləcək?
- Bilirik ki, onlarda arzu, istək ən üst səviyyədə olacaq. Amma bu, o demək deyil ki, biz meydana istəksiz çıxacağıq. Biz də qələbəyə acıq. Hər bir oyunda qələbə qazanmaq istəyirik. Hər şeyə rəğmən, Rusiyaya qələbə üçün gedəcəyik. Bir dəfə qələbə qazandıq, bunu yenidən təkrarlamağa çalışacağıq.

- Bəhreynə də qalib gəlsəniz, Antalya Kubokunun qalibi olacaqsınız. Amma öncədən millimizin Kosovoya qarşı oynamayacağı və turnirin qalibi olmaq şansının olmadığı bildirilirdi. Bu qələbə sizə nə dərəcədə vacibdir?
- Bizim nə qədər kubokumuz var ki, belə bir mükafatdan da imtina edək? Şübhəsiz ki, bu turnirin qalibi olmaq istəyirik. Xüsusilə də bunun bir addımlığında olduğumuz kuboku. Özü də Bəhreynə qalib gəlsək, turnirin vaxtından öncə qalibi adını qazanacağıq. Bu, yaxşı nəticə sayıla bilər. Ümid edirəm ki, kuboku Bakıya gətirə biləcəyik.

- U-21-in toplanışı və oyunları səbəbindən "Neftçi"nin hazırlığından kənar qaldınız. Bu, sizə problem yaratmayacaq?
- "Neftçi"nin də təlim-məşq toplanışına qatılmışdım. Daha sonra isə yığmanın düşərgəsinə gəldim. Zədədən sonra bu turnir mənim üçün göydəndüşmə oldu. Nə qədər çox oynasam, bir o qədər yaxşıdır. Çempionatın startına qədər hazır olacağam.

- "Neftçi" Bakıda mini-turnirin qalibi oldu. Antalya Kubokunu qazanmaqla həm də komanda yoldaşlarınızdan geri qalmamağı hədəfləyirsiniz?
- (gülür) Elədir. Mənə də bir kubok qazanmaq vacib lazımdır (gülür). "Neftçi"dəki komanda yoldaşlarımı da qalib olmaları münasibətilə təbrik edirəm.

- U-21-in oyunlarını əsas millimizin baş məşqçisi Robert Prosineçki də izləyir. Necə düşünürsünüz, o, sizə də göz qoyur?
- Yaxşı oynasam, əsas milliyə çağırılacağım an da çox uzaqda deyil.

- İndi sizin mövqeyinizdə Maksim Medvedev oynayır...
- Bu, o demək deyil ki, Medvedev karyerasını başa vurmayana qədər milliyə dəvət ala bilmərəm. Ümid edirəm ki, mənim də vaxtım gələcək və millidə oynayacağam.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.