27 yanvar 2016 18:00

İnterin prezidenti: UEFA bizi avrokuboklardan kənarlaşdırsa, bunu sakit qəbul edəcəyik

"İnter"in prezidenti Rəşad Qasımov bəyan edib ki, komandası növbəti avrokubok mövsümünü buraxa bilər. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:

"Futbolçulara olan borcların qaytarılması yönündə işlərimiz davam edir. Bir futbolçuya olan borcu bağlamışıq. Üç futbolçu ilə razılığa gəlmişik, daha ikisi ilə də danışıqlar gedir. Borcun bir hissəsini ödəməklə onlardan 15-16 aylıq vaxt istəmişik ki, qalan məbləği də ödəyək. Artıq bu barədə sənədləri AFFA-ya və UEFA-ya göndərmişik. Ümid edirəm ki, UEFA-nın Klublara Maliyyə Nəzarəti Orqanı bu məsələyə baxacaq və bizi başa düşəcəklər".

Qeyd edək ki, UEFA dekabr ayında "İnter"lə bağlı ciddi sanksiyalar tətbiq edib. UEFA-nın Klublara Maliyyə Nəzarəti Orqanı (Club Financial Control Body) tərəfindən aparılmış monitorinq zamanı məlum olub ki, “İnter” qaydaların 66 və 66bis saylı maddələrinin tələblərini yerinə yetirməyib və klubun əməkdaşlara vaxtı ötmüş borcları mövcuddur.

Bunu nəzərə alaraq, UEFA-nın Klublara Maliyyə Nəzarəti Orqanı dekabrın 10-da keçirilmiş iclasında aşağıdakı qərarları qəbul edib:

“İnter” növbəti 3 mövsüm ərzində (2016/17, 2017/18 və 2018/19) əldə etmiş idman nəticələrinə görə UEFA-nın klub yarışlarında iştirak etmək hüququ qazanarsa, 1 mövsüm ərzində bü hüquqdan məhrum olunur. Əgər klub 31 yanvar 2016-cı il tarixinədək yaranmış borcların ödənilməsini təsdiq edən sənədləri UEFA-ya təqdim edərsə, bu cəza qüvvədən düşür.

Amma Qasımovun sözlərinə görə, onlar bu vaxt ərzində bütün problemləri yoluna qoya bilməyəcəklər: "Bu müddət ərzində bütün borcları ödəyə bilməyəcəyik. Ümid edirəm ki, UEFA-ya göndərəcəyimiz sənədlər bu problemin həllinə kömək edəcək. UEFA-ya onu da bildirmişik ki, kluba yeni rəhbərlik təyin olunub və bizə vaxt lazımdır. UEFA bizi avrokuboklardan uzaqlaşdırsa da, bunu sakit qəbul edəcəyik. Hədəfimiz klubu xilas etməkdir. Üstəlik, hələ avrokubokların yeni mövsümünə vəsiqə qazanmaq lazımdır. Yayda Azərbaycan futbolunda maliyyə durumunun necə olacağı da məlum deyil. Hansı klub qalacaq, hansı yox, bilinmir. Ola bilər ki, UEFA özü "İnter"in avrokuboklarda oynamasına razı olsun".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.