27 yanvar 2016 17:15
Neftçi braziliyalı futbolçu ilə müqavilə imzaladı
"Neftçi" braziliyalı futbolçusu Jayro ilə yeni müqavilə imzalayıb. Azerisport.az xəbər verir ki, müdafiəçinin paytaxt klubu ilə müqaviləsinin müddəti bitib.
Bu üzdən də tərəflər yeni müqavilə ilə bağlı danışıqlar masasına oturublar. Sonda yarım illik anlaşma əldə olunub. Yeni müqaviləyə əsasən Jayro mövsümün sonunadək "Neftçi"nin uğurları üçün çalışacaq.
Qeyd edək ki, Jayro "Neftçi"yə bu mövsümün əvvəlində transfer olunmuşdu.
