Dodo: Qəbələ bu mövsüm çempionluğa köklənib
"Qəbələ"nin yarımmüdafiəçisi Dodo Topaz Premyer Liqasının qalibi olmaq istəyindən danışıb. Azerisport.az xəbər verir ki, o, Braziliya mətbuatına açıqlamasında bunları söyləyib:
"Hazırda liderdən 10 xal geri qalırıq. Amma qarşıda hələ yarım mövsüm qalır. Bu müddət ərzində yenidən təşəbbüsü ələ ala və çempionluq uğrunda mübarizəyə qoşula bilərik. Çempionluğa köklənmişik. Hazırda bütün diqqətimizi buna yönəltmişik, əlimizdən gələni edirik ki, hədəfimizə çataq. Qəbələdə hamı çempionluğu arzulayır. Mövsümün geridə qalan hissəsini elə də yaxşı keçirmədik. Düzdür, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla böyük uğura imza atdıq, klub tarixində yeni səhifə açdıq. Növbəti mövsümdə də bu uğuru təkrarlamaq üçün mövsümü titualla başa vurmaq vacibdir".
