27 yanvar 2016 15:15
Millimizin üzvü Ukrayna Futbol Federasiyasından cavab gözləyir
"Neftçi" Azərbaycanın yeniyetmələrdən ibarət yığma komandasının (U-19) üzvü Anton Krivotsyuku heyətinə qatmağa hazırlaşır. Azerisport.az xəbər verir ki, paytaxt klubu bu gənc oyunçunu bəyənsə də, onunla müqavilə bağlaya bilmir.
Buna səbəb Ukrayna Futbol Federasiyasından gələcək razılıq məktubunun gecikməsidir. Krivotsyuk azad agent statusu aldıqdan sonra, "Neftçi" ilə müqavilə bağlaya biləcək.
