Moldova klubu azərbaycanlı sponsorla anlaşa bilmədi
Moldovanın "Saxan" klubu azərbaycanlı investorla anlaşa bilməyib. Azerisport.az xəbər verir ki, bir müddət öncə ölkəsinin mətbuatına açıqlama verən klubun prezidenti Qriqori Kadın bu məsələ ilə bağlı bir azərbaycanlı biznesmenlə danışıqlar apardıqlarını bəyan etmişdi.
Ötən həftə tərəflər arasında yekun görüş baş tutub. Amma həmin sponsorun nümayəndələrindən biri - İlqar Nəbiyevlə görüşdə razılıq əldə olunmayıb. Bu üzdən də "Saxan"ın Azərbaycan şirkəti tərəfindən sponsorluq arzusu baş tutmayıb.
Qeyd edək ki, "Saxan" Moldovanın yüksək liqasında çıxış etsə də, aşkar autsayderdir. Belə ki, sözügedən komanda cari mövsümün geridə qalan 16 turunda cəmi 4 xal toplaya bilib və 10 komanda arasında sonuncu pillədə qərarlaşıb. Qələbəyə həsrət olan bu komanda topladığı xalları da heç-heçələr sayəsində əldə edib.
