27 yanvar 2016 12:30
UEFA Qarabağa 878.570 avro vəsait ayırdı
UEFA-nın ayırdığı 878.570 avro vəsait AFFA tərəfindən “Qarabağ” klubunun hesabına köçürülüb. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Bu vəsaitin biri hissəsi – 529.000 avro – UEFA Avropa Liqasının 2015/2016-cı il mövsümünün qrup mərhələsində 1 qələbə və 1 heç-heçəyə görə UEFA-nın ayırdığı bonus məbləğ, 349.570 avro isə Maliyyə Fair Play-inə əsasən ayrılmış vəsaitdir.
