27 yanvar 2016 12:45
Neftçi slovakiyalı qapıçı ilə yollarını ayırdı
"Neftçi" slovakiyalı qapıçısı Mixal Peskoviçlə yollarını ayırıb. Azerisport.az xəbər verir ki, onun komandadan gedəcəyi barədə xəbərlər çoxdan dolaşırdı.
Amma paytaxt klubu nədənsə bu ayrılığa qərar verməyə tələsmirdi. Klubdan aldığımız son məlumata görə, Peskoviçin problemi var imiş. Bu üzdən də "ağ-qaralar" onunla əməkdaşlıq etməkdən imtina ediblər.
Qeyd edək ki, hazırda "Neftçi"nin qapıçıları Aqil Məmmədov, Makim Vaylo və Kamran İbrahimovdur.
