27 yanvar 2016 12:15
Branimir Subaşiç: Yenidən Azərbaycana qayıtmaq istəyirəm
Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiç bəyan edib ki, karyerasını yenidən ölkəmizdə davam etdirmək istəyir. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hazırda Serbiyadayam. Amma burada qalmaq istəmirəm. Yenidən Azərbaycanda oynamaq istəyərdim. Lakin mənə elə gəlir ki, Azərbaycanda məni artıq unudublar. Hazırda sizdə böhran olduğunu bilirəm. Ümid edirəm ki, hər şey yaxşı olacaq. Etiraf edim ki, Azərbaycan üçün çox darıxmışam. Yenidən yığmaya qayıtmağı da çox istəyərdim. Robert Prosineçki yığmaya yenilik gətirib və inanıram ki, komanda bundan sonra daha da yaxşı çıxış edəcək".
