Markeviç Qəbələ ilə sınaq matçından və Maxnovskidən danışdı
Ukraynanın "Dnepr" klubunun baş məşqçisi Miron Markeviç Türkiyə toplanışı zamanı "Qəbələ"yə qarşı keçirdikləri yoxlama oyunundan (1:0), eləcə də "Rəvan"ın sabiq qapıçısı Konstantin Maxnovskini transfer etmək ehtimalından danışıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
- "Qəbələ" ilə sonuncu oyunumuz, həmçinin İsveçrə "Sürix"i ilə qarşılaşma göstərdi ki, biz irəliyə doğru addım atmışıq.
- Denis Boykonun "Beşiktaş"a satılması nəticəsində Konstantin Maxnovskini dəvət etdiniz. Boykonu o əvəzləyəcək, ya başqa qapıçı axtarırsınız?
- Bizdə Laştuvka və Baştanenko da var. Onlar toplanış dövründə pis təsir bağışlamadılar. Qapıçılarla işləyən məşqçimiz Valeri Qorodova inanıram. Boykonun əsas əvəzləyicisinin kim olacağına da o aydınlıq gətirəcək.
