27 yanvar 2016 11:20

Bernard Lippert: U-21-in indiki heyəti əvvəlki nəsillərdən fərqlənir

AFFA-nın texniki direktoru Bernard Lippertin azerisport.az saytına müsahibəsi

- Gənclərdən ibarət Azərbaycan yığmasının Antalya Kubokundakı çıxışını necə qiymətləndirərdiniz?
- Mən komandadan hələ bu turnirdən öncə də razı idim. Top saxlamağa, irəli getməyə, rəqibin hansısa reaksiyasını gözləməməyə çalışırıq. Öz futbolumuzu sərgiləmək istəyirik. Bunu Almaniya və Rusiya ilə oyunlarda da görmüşdük. Bu futbolçular arasında elələri var ki, meydanda oyunu öz üzərinə götürməyi bacarır.

- Komandada Namiq Ələsgərovdan başqa əsas millimizə dəvət ala biləcək futbolçu var?
- Bəli, daha iki futbolçunu Azərbaycan yığmasında görürəm. Amma onların adlarını açıqlamaq istəməzdim. Bu futbolçular elə yaşdadırlar ki, onların daha da artırıb parlayacağını və ya geriləyəcəyini dəqiq söyləmək olmur. Fikrimcə, Türkiyədəki turnir bu futbolçular üçün özlərini həm U-21-in, həm də əsas millimizin məşqçilərinə göstərmək baxımından yaxşı şansdır.

- U-21-in heyətində özünü yaxşı tərəfdən göstərən futbolçuları itirməmək üçün onları xarici klublara göndərmək olar?
- Biz həmişə buna çalışmışıq. Çünki onların indi yaxşı futbol oynaması gələcəkdə parlaq futbolçu olacaqlarından xəbər vermir. Mümkündür ki, Azərbaycan futbolunda maliyyə imkanları zəiflədikcə futbolçular özləri xaricə qaçmağa məcbur olacaqlar. U-21-in indiki heyətində yer alan futbolçular əvvəlki nəsillərdən fərqlənirər. Xarakter və istək baxımından bu uşaqlarda fərqlər var. Fikrimcə, yaxşı gələcəkləri var.

- Razısınız ki, əvvəlki nəsillər daha çox pula qaçırdılar?
- Tamamilə elədir. Bu da ölkədə futbolun inkişafına mane olurdu. Almaniya Bndesliqasında çıxış edən gənc futbolçular Azərbaycandakılardan az pul qazanır. Məsələn, superulduzları çıxsaq, hansısa gənc futbolçu bütün vergiləri də nəzərə alsaq, 4000 avro alır. Amma Azərbaycanda onun həmyaşıdı bundan artığını alırdı.

- Ona görə də Azərbaycan futbolunun ən böyük ümidlərindən olan Araz Abdullayev ölkə xaricində özünü göstərə bilmədi?
- O, istisnadır. Uşaq yaşlarından "Neftçi"də özünü göstərməyə başladı, "Everton"a getdi, daha sonra Yunanıstanda çıxış etdi, yenidən "Neftçi"yə qayıtdı. U-19-da oynayıb, sonra Berti Foqts onu əsas milliyə dəvət etdi. O, normal təhsil almamış böyük pullar görməyə başladı və korlandı. Buna görə də karyerası məhv oldu.

- Deməli, böhranın təsiri nəticəsində Azərbaycan futbolunda pulun azalması xeyrimizə olacaq?
- Şübhəsiz ki, faydası olacaq. Amma klublar da bundan qazanacaq. Uşaq və gənclər futbolunda pul o qədər də vacib deyil. Gənc futbolçuların özlərində də inkişaf etmək istəyi, arzusu olmalıdır, bir müqavilə bağlamaqla kifayətlənməməlidir. Yaxşı futbolçular həmişə kasıb ölkələrdən, regionlardan çıxır. "Neftçi"də ehtiyatda oturub, ayına 15-20 min manat alırsan, inkişaf edə bilməzsən. Təəssüf ki, azərbaycanl futbolçu evdə oturmağı, belə pullar qazanmağı xaricə getməkdən, legioner həyatı yaşamaqdan üstün tutur.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.