27 yanvar 2016 00:15
Məqsəd İsayev: Antalya Kubokundakı uğur ruslarla oyun öncəsi əla stimul olacaq
Azərbaycanın U-21 yığmasının müdafiəçisi Məqsəd İsayev Türkiyədə təşkil olunan Antalya Kuboku çərçivəsində Albaniya üzərində qazandıqları qələbəni (4:0) şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hər bir beynəlxalq oyunda qələbə qazanmaq xoşdur. Burada matçın statusunun əhəmiyyəti elə də böyük deyil. Özü də belə böyük hesabla qələbə qazanmaq ayrıca xoşdur. Əla futbol sərgiləməyə nail lduq. Xüsusilə də ikinci hissədə. Bu, mart ayında baş tutacaq Rusiya ilə seçmə mərhələ oyunu öncəsi yaxşı stimul olacaq. Düzdür, həmin oyuna hələ xeyli vaxt var. Bu müddət ərzində biz öz oyunumuzu daha da yaxşılaşdıra bilərik. Belə olan halda vacib qarşılaşmaya tam hazır çıxmaq imkanı qazanacağıq".
