27 yanvar 2016 00:05
Sumqayıtdan rəsmi Rasim Ramaldanov açıqlaması
“Sumqayıt” Azərbaycan yığmasının müdafiəçisi Rasim Ramaldanovun transferini rəsmən təsdiqləyib. Azerisport.az xəbər verir ki, klubun bu barədə yaydığı rəsmi məlumatda bildirilir:
"Sumqayıt" növbəti transferini həyata keçirib. Komandamız yığmamızın üzvü Rasim Ramaldanovla güclənib. 30 yaşlı futbolçu mövsümün sonuna qədər “Sumqayıt”ın şərəfini qoruyacaq. Ramaldanov komandamızda 99 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Rasim Ramaldanov "Simurq" (87 oyun, 2 qol) və "Xəzər Lənkəran"ın (51 oyun, 1 qol) formalarını geyinib. O, 17 dəfə Azərbaycan millisində çıxış edib".
