27 yanvar 2016 00:00
Ukrayna Azərbaycana daha da yaxınlaşdı
Azərbaycanın U-21 yığmasının da qatıldığı Antalya Kubokunda üçüncü tura yekun vurulub. Azerisport.az millimizin Albaniyaya 4:0 hesabıyla qalib gəldiyi gündə daha iki görüş baş tutub.
Ukrayna Bəhreyni 4:3 hesabıyla məğlub edib. Səudiyyə Ərəbistanı ilə Kosovo arasındakı oyunda isə hesab açılmayıb - 0:0.
Qeyd edək ki, üç turdan sonra turnir cədvəlindəki vəziyyət belədir: Azərbaycan - 9, Ukrayna - 6, Albaniya - 4, Səudiyyə Ərəbistanı, Kosovo - 2, Bəhreyn - 1.
